"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib
Maliyyə
- 18 dekabr, 2025
- 15:16
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 30 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 54 investor 3 milyon dollarlıq 54 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
21:05
ABŞ İranın kölgə donanmasına təzyiqi artırır
Digər ölkələr20:55
Vaşinqton razılaşmalarının icrası üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk görüşü keçirilib
Region20:43
Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməyib
Digər ölkələr20:31
Lukaşenko ABŞ ilə böyük sövdələşmənin mümkün olduğunu bəyan edib
Digər ölkələr20:27
"Terrorsuz Türkiyə" ilə bağlı hesabat Ərdoğana təqdim edilib
Region20:23
Foto
Davud Rüstəmov: "Kiberhücumların kritik infrastrukturlara keçməməsi üçün preventiv tədbirlər görülür"
İKT20:20
Foto
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb
Xarici siyasət20:17
Foto
Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib
İdman20:07