Vaşinqton Avropanı Rusiyaya qarşı ABŞ-dən tələb etdikləri sanksiyaların eynisinin tətbiqinə çağırıb

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 00:05
Vaşinqton Avropanı Rusiyaya qarşı ABŞ-dən tələb etdikləri sanksiyaların eynisinin tətbiqinə çağırıb
Marko Rubio

Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini Vaşinqtondan tələb edirlərsə, ilk növbədə, özləri eyni məhdudiyyətləri tətbiq etməlidirlər.

"Report"un məlumatına görə, bu çağırışla ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə çıxış edib.

ABŞ Prezidenti Donald Trampın yeni sanksiyaların tətbiqini nə qədər gözləyəcəyi ilə bağlı sualı cavablandıran Rubio bildirib ki, prezident "süni şəkildə vaxt çərçivəsi elan etməyəcək". O əlavə edib ki, Avropa da eyni addımları atmalıdır.

"Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var", – deyə Rubio vurğulayıb.

"Prezident Avropadakı tərəfdaşlarımıza çağırış edib ki, onlar bizdən tələb etdikləri sanksiyaları özləri də tətbiq etsinlər. Əgər bu məsələyə, həqiqətən, sadiqdirlərsə, biz onları bu istiqamətdə konkret addımlar atmağa təşviq etmək istəyirik", – deyə dövlət katibi əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 13-də bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birlikdə hərəkət edər və Rusiya neftinin alışını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti