KİV: "Stellantis" yanacaq sızması səbəbindən 755 mindən çox avtomobili geri çağırır

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 01:40
KİV: Stellantis yanacaq sızması səbəbindən 755 mindən çox avtomobili geri çağırır

"Maserati", "Chrysler" və "Jeep" kimi markalara sahib olan amerikalı-fransız-italyan avtomobil konserni "Stellantis" yanacaq sızması riski səbəbindən dünya üzrə 755 mindən çox avtomobili geri çağırır.

"Report"un "Bild" qəzetinə istinadla verdiyi məlumata görə, ümumilikdə 756 916 avtomobil geri çağırılıb, onlardan 85 642-si Almaniyada yerləşir.

Geri çağırma "Stellantis" qrupuna daxil olan bir neçə markanı əhatə edir: "Opel", "Peugeot", "Fiat", "Citroën", "DS", "Lancia" və "Alfa Romeo".

Almaniyanın Federal Avtonəqliyyat Agentliyinin bildirdiyinə görə, yüksək təzyiqli boru ilə yanacaq relsi arasındakı birləşmələr kifayət qədər möhkəm bağlanmayıb. Bu isə yanacaq sızmasına və nəticədə yanğına səbəb ola bilər.

Agentliyin məlumat bazasına əsasən, 17 iyun tarixinə qədər bu geri çağırma ilə əlaqədar artıq 11 yanğın hadisəsi qeydə alınıb.

Geri çağırılan avtomobillər servis mərkəzlərində yoxlanılacaq. Nəqliyyat vasitələrinin sahibləri istehsalçı tərəfindən məlumatlandırılacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti