ÜST: Koronavirus epidemiyası pik nöqtəyə çatmayıb
Digər ölkələr
- 10 fevral, 2020
- 13:02
“Yeni növ koronavirusla bağlı epidemiya hələ pik nöqtəyə çatmayıb”.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Çindəki nümayəndəsi Qauden Qalea deyib.
“Ən yaxşı əlamət sayın (yoluxanların – red.) pik nöqtəyə çatması və sonra azaldığını görməkdir. Amma biz hələ ki bu mərhələdə deyilik”, - o bildirib.
Onun sözlərinə görə, bu mərhələdə virusun Uhan şəhərindən yayılmasının qarşısının alınması üzrə tədbirlərin nəticə verib-vermədiyini söyləmək mümkün deyil.
Bununla yanaşı, Q.Qalea keçən həftə bir neçə gün ərzində Hubey vilayətində və onun paytaxtı Uhan şəhərində yeni yoluxanların və şübhəli xəstəlik hallarının sayında azalma müşahidə olunduğunu qeyd edib.
Son xəbərlər
08:23
Venesuela zəlzələdən sonrakı bərpa işləri üçün BVF-dən maliyyə vəsaiti alıb
Digər ölkələr08:05
Manilada ASEAN ölkələrinin XİN başçılarının silsilə görüşlərinə start verilib
Digər ölkələr07:48
NORAD dünya çempionatının finalı ərəfəsində təyyarəni ələ keçirib
Digər ölkələr07:09
İraq Starlink ilə müqavilə imzalayıb
İKT06:41
Dünya Bankı Ermənistan iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edib
Region06:13
Tramp Kanadaya qarşı rüsumların artırıla biləcəyini açıqlayıb
Digər ölkələr06:05
ABŞ İrana qarşı yeddinci gecə hücumları dalğasını başa çatırıb - YENİLƏNİB
Region05:45
Dinozavrların məhvinə səbəb olan asteroid nadir kosmik cisim tipinə aid olub
Maraqlı05:14