Ursula fon der Lyayen Ukrayna məsələsinin həllində Trampın səylərini dəstəkləyib
- 21 oktyabr, 2025
- 12:21

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsinin həlli istiqamətində göstərdiyi səylərə dəstək ifadə edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Ukraynada ədalətli və davamlı sülh naminə heç vaxt olmadığı qədər həmrəyik. Biz ABŞ Prezidentinin bu məqsədə çatmaq üçün göstərdiyi səyləri dəstəkləyirik. Ukrayna istənilən atəşkəsdən əvvəl, atəşkəs zamanı və ondan sonra ən güclü mövqedə olmalıdır. Bu, bizim EUCO (Avropa Şurası) və Arzuedənlər Koalisiyasının diqqət mərkəzində olacaq", - Aİ Komissiyasının sədri qeyd edib.
We're united, more than ever, for a just and lasting peace for Ukraine.
— Ursula von der Leyen (@vonderleyen) October 21, 2025
We support @POTUS efforts to this end.
Ukraine must be in the strongest position before, during and after any ceasefire.
This will be front and center in our EUCO and Coalition of the Willing meetings.