KİV: Tramp və Netanyahu ABŞ Prezidentinin şəxsi iqamətgahında görüşə bilər

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 17:35
KİV: Tramp və Netanyahu ABŞ Prezidentinin şəxsi iqamətgahında görüşə bilər

İsrailin Baş naziri Benyamin Netanyahunun dekabr ayının sonunda ABŞ Prezidenti ilə görüşü Trampın Florida ştatının cənubundakı Mar-a-Laqo şəxsi iqamətgahında baş tuta bilər.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail diplomatik mənbəyinə istinadən məlumat verib.

"Yekun qərar verilməyib, lakin ABŞ bu ehtimalı da nəzərdən keçirir", - o qeyd edib.

"Army Radio" isə bildirib ki, Netanyahu təxmini olaraq 28-31 dekabr tarixlərində Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək, lakin səfərin dəqiq tarixləri hələ məlum deyil.

Netanyahu dekabrın 2-də Trampın onu Ağ Evdə görüşə dəvət etdiyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti