Tramp Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyin hələ tez olduğunu bildirib
Digər ölkələr
- 23 sentyabr, 2025
- 23:43

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna üçün konkret təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir.
"Report" xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
"Biz bu barədə danışacağıq. Ümid edirəm, bu barədə bir az sonra danışa bilərik. Bu sualı cavablandırmaq hələ tezdir", - Tramp müxbirin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin mümkünlüyü ilə bağlı sualına cavab verib.
Rusiya-Ukrayna münaqişəsinin həlli kontekstində Rusiya lideri Vladimir Putinə etibarından danışan Tramp ən azı bir ay ona münasibət bildirə bilməyəcəyini deyib: "Təxminən bir aydan sonra sizə xəbər verəcəyəm".
Son xəbərlər
02:14
Ermənistanın qərbində icma rəhbəri güllələnib
Region02:08
Foto
Nyu-Yorkda Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub
Xarici siyasət01:53
Foto
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar
Mədəniyyət siyasəti01:47
Mirziyoyev: Daşkənd BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləyir
Region01:21
Foto
Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb
Xarici siyasət01:14
"Avroüçlük" İranı MAQATE-nin bütün nüvə obyektlərinə girişinə icazə verməyə çağırıb
Region01:01
Foto
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - YENİLƏNİB
Xarici siyasət00:53
Foto
Oslonun mərkəzində güclü partlayış baş verib
Digər ölkələr00:52
Foto