Ermənistanın İstintaq Komitəsi: İcma başçısının qətli ilə bağlı qisas versiyası nəzərdən keçirilir - YENİLƏNİB

Region
  • 24 sentyabr, 2025
  • 14:58
Ermənistanın İstintaq Komitəsi: İcma başçısının qətli ilə bağlı qisas versiyası nəzərdən keçirilir - YENİLƏNİB

Parakar icmasının başçısı, müxalif siyasətçi Volodya Qriqoryan və Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyan hadisə yerində öldürülüblər.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İstintaq Komitəsinin xüsusi mühüm işlər üzrə müstəntiqi Artak Ovannisyan bildirib.

O, güllə yarası alaraq xəstəxanaya çatdırılan Artsrun Qalstyanın ilkin istintaqa zərər verməmək üçün dindirilb-dindirilmədiyini dəqiqləşdirməyib.

"Volodya Qriqoryan, Karen Abramyan və Artsrun Qalstyan evin qarşısında dayanmışdılar (ev Qriqoryana məxsus idi - red.). Maskalı şəxs avtomatdan onlara atəş açıb. Maskalı şəxs hələ tapılmayıb, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - o bildirib.

Faktla bağlı cinayət işi açılıb. Onun sözlərinə görə, məhkəmə-tibbi ekspertizalar təyin edilib. Müxtəlif versiyalar, o cümlədən qisas versiyası nəzərdən keçirilir.

Ermənistanın qərbində yerləşən Armavir vilayətinin Merdzavan kəndində baş verən atışma nəticəsində iki nəfər, o cümlədən icma rəhbəri həlak olub, daha bir nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə axşamı gecə saatlarında adıçəkilən kənddə atışma baş verməsi barədə çağırış daxil olub. İlkin məlumatlara görə, insidentdə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Dəqiqləşdirilmiş məlumata görə, həlak olanlardan biri icma rəhbəri Valodya Qriqoryandır.

Polis əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti