Tramp: ABŞ Səudiyyə Ərəbistanına "F-35" qırıcıları tədarük etməyi planlaşdırır
- 18 noyabr, 2025
- 01:45
ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil "F-35" qırıcılarının tədarükünü planlaşdırır.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
"Bəli, bunu deyəcəyəm. Biz bunu edəcəyik. Biz "F-35" satacağıq", – deyə ABŞ lideri bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud 18 noyabrda 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək. "Bloomberg" agentliyi xəbər verib ki, Ər-Riyad ABŞ-dən Qətərə daha əvvəl verilmiş təhlükəsizlik zəmanətlərinə bənzər təminatlar almaq istəyir. Sentyabrın sonunda Donald Tramp Vaşinqtonun Qətərin ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı istənilən silahlı hücumu ABŞ-nin sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyini nəzərdə tutan fərman imzalayıb. ABŞ KİV-ləri həmçinin Səudiyyə Ərəbistanının "F-35" qırıcılarının alınması ilə bağlı ABŞ ilə razılıq əldə etməyə çalışdığını yazıb.