Ştoker: Avstriya bitərəf qalacaq və NATO-ya üzv olmayacaq
- 02 sentyabr, 2025
- 02:03

Avstriya neytrallıq siyasətinə yenidən baxmayacaq, NATO-ya daxil olmaq gündəmdə deyil.
"Report" xəbər verir ki, bunu ölkənin kansleri Kristian Stoker ORF telekanalına müsahibəsində deyib.
"Biz neytral ölkəyik, neytrallıqdan söhbət gedə bilməz, NATO-ya qoşulmaq müzakirə mövzusu deyil", - deyə o bildirib.
Bundan əvvəl Avstriyanın ən böyük müxalifət partiyası olan Avstriyanın Azadlıq Partiyasının (FPÖ) lideri Herbert Kikl Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisengerin konstitusiyanın əbədi neytrallıq prinsipinə yenidən baxılması zərurəti ilə bağlı bəyanatlarını təhlükəli və çox əsassız adlandırmışdı. BKopenhagendə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gəldikdən sonra Meinl-Reisinger iddia edib ki, əbədi neytrallıq prinsipinə riayət etmək Avstriyanı Rusiyadan gələn təhlükədən qorumaq üçün kifayət deyil.