Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir

COP29
  • 02 sentyabr, 2025
  • 10:46
Prezidentin nümayəndəsi: Xəzərdə suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir

Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY  Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:   

"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".

M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminən 7 faizi məhv olub:

"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".