Səfir: Qadınlara qarşı zorakılıq problemini yalnız birgə səylərlə həll etmək olar

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 15:26
Səfir: Qadınlara qarşı zorakılıq problemini yalnız birgə səylərlə həll etmək olar

Meksika qadınlara qarşı zorakılıqla mübarizəni özünün feminist xarici siyasətinin prioritetlərindən biri kimi nəzərdən keçirir.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq problemi qlobaldır və onu yalnız birgə səylərlə həll etmək olar.

"Meksikalı qadınların dünyanın hansı guşəsində olmasının əhəmiyyəti yoxdur - onlar həmişə öz ölkələrinin dəstəyinə güvənə bilərlər. Qadınlara qarşı zorakılıq bütün dünyanın problemidir, yalnız bir ölkənin deyil. Birləşərək biz bunu aradan qaldıra bilərik", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 25-də Bakıdakı Meksika səfirliyində qadınların müdafiəsi üçün telefon xətti barədə ispan dilində kitabçanın təqdimatı keçirilib.

2020-ci ilin yanvar ayında Meksika feminist xarici siyasətin qəbul olunmasını elan edib və beynəlxalq fəaliyyətində bu yanaşmanı tətbiq edən Qlobal Cənubun ilk ölkəsi olub.

Son xəbərlər

Bütün Xəbər Lenti