Rütte Rusiya təyyarələri barədə: NATO ölkələri ekstremal tədbirlərə əl ata bilərlər
- 26 sentyabr, 2025
- 00:12

"NATO ölkələri Rusiya təyyarələrini dərhal vurmağa cəhd etməkdənsə, onların hava məkanında yaratdığı təhlükəni qiymətləndirməlidirlər".
"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte "CNN" telekanalına açıqlamasında bu mövqeyi açıqlayıb.
Alyansın baş katibi hava məkanının pozulması halında dərhal kəskin tədbirlərin görülməsini tələb edən yanaşma ilə razılaşmır:
"Əgər hava məkanına müdaxilə olarsa, lazım gələrsə, xalqınız risk altındadırsa, son nəticədə ən sərt qərarları qəbul edə bilərsiniz. Əks halda, siz bu təyyarələri hava məkanınızdan çıxaracaqsınız. Hərbi rəhbərlərimiz və qırıcı pilotlarımız xalqımızın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edə bilərlər. Əgər dərhal təhlükə olmasa, onlar bu təyyarələri Alyansın hava məkanından çıxaracaqlar. Dərhal təhlükə yaranarsa, sonda ekstremal tədbirlərə əl ata bilərlər".