"TikTok" ABŞ-nin nəzarətinə keçir

Digər ölkələr
  • 26 sentyabr, 2025
  • 03:21
TikTok ABŞ-nin nəzarətinə keçir

Ağ Evin rəhbəri Donald Tramp "TikTok"un ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı sərəncamı təsdiqləyib.

"Report" xəbər verir ki, Trampın "Milli təhlükəsizliyi qoruyarkən "TikTok"u qorumaq" adlı sərəncamı Ağ Evin saytında yerləşdirilib.

Sənəddə deyilir: "ABŞ-də "TikTok" ölkə ərazisində yerləşən yeni yaradılmış birgə müəssisə tərəfindən idarə olunacaq".

İcra sərəncamına əsasən, "TikTok" artıq heç bir xarici rəqib tərəfindən idarə olunmayacaq. Çünki sosial şəbəkənin əvvəlki sahibi olan ByteDance Ltd. və onun filialları indi onun səhmlərinin 20%-dən azına sahib olacaqlar.

"Yeni birgə müəssisə yeni direktorlar şurası tərəfindən idarə olunacaq və amerikalıların məlumatlarını və milli təhlükəsizliyimizi adekvat şəkildə qoruyan qaydalara tabe olacaq", - Tramp vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti