Rusiyanın zərbələri nəticəsində Ukraynada üç nəfər ölüb, onlarla insan yaralanıb

Digər ölkələr
  • 20 sentyabr, 2025
  • 11:33
Rusiyanın zərbələri nəticəsində Ukraynada üç nəfər ölüb, onlarla insan yaralanıb

Ukraynada Rusiya Silahlı Qüvvələrinin gecə ərzində endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində bildirib.

"Onlarla yaralı barədə məlumat var. Təəssüf ki, üç nəfər ölüb", - o yazıb.

V.Zelenski həmçinin Kiyevin müttəfiqlərini Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və Rusiyaya qarşı sanksiyalar paketinin genişləndirilməsinə kömək etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti