Rumıniyada ən böyük aeroportun fəaliyyəti PUA-ya görə pozulub

Digər ölkələr
  • 29 sentyabr, 2025
  • 11:02
Rumıniyada ən böyük aeroportun fəaliyyəti PUA-ya görə pozulub

Sentyabrın 28-də mülki pilotsuz uçuş aparatının (PUA) Rumıniya paytaxtındakı Anri Koande adına Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı yaxınlığında görünməsi aeroportun fəaliyyətini pozub.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Buxarest Hava Limanları Milli Şirkəti (CNAB) məlumat yayıb.

Kiçik mülki dron barədə məlumatı dispetçerlərə eniş etmək üçün hazırlaşan "Turkish Airlines" şirkətinə məxsus "Airbus A330" təyyarəsinin ekipajı məlumat verib. Ehtiyat tədbirləri görülüb: təxminən 40 dəqiqə ərzində reyslər qəbul edilməyib, bir neçə təyyarə təhlükəsiz zonalara köçürülüb, daha doqquz təyyarə isə başqa uçuş-enmə zolağına yönəldirilib.

Rumıniya hökuməti dron operatorunu axtarır. Ölkədə mülki və hərbi hava limanları zonasında dronların uçurulması qadağandır. Rumıniya radiosunun məlumatına görə, sentyabrın 19-da eyni hava limanından təxminən 4 km məsafədə mülki PUA müşahidə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti