Rubio: Qəzzanın idarəçiliyi HƏMAS olmadan, yalnız İsrail və digərləri tərəfindən razılaşdırılmalıdır

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 15:54
Rubio: Qəzzanın idarəçiliyi HƏMAS olmadan, yalnız İsrail və digərləri tərəfindən razılaşdırılmalıdır

Atəşkəs sazişinə uyğun olaraq Qəzza zolağında yerləşdiriləcək beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin özünü "rahat" hiss etdiyi ölkələrdən ibarət olmalıdır.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında gələcək idarəetmə HƏMAS-ın iştirakı olmadan İsrail və tərəfdaş ölkələr tərəfindən razılaşdırılmalıdır.

M.Rubio həmçinin vurğulayıb ki, Fələstin Administrasiyasının potensial rolu hələ müəyyən edilməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti