Qazaxıstan və Azərbaycan Almatıda işıqlandırma cihazlarının istehsalını planlaşdırır

Biznes
  • 24 oktyabr, 2025
  • 17:29
Qazaxıstan və Azərbaycan Almatıda işıqlandırma cihazlarının istehsalını planlaşdırır

Qazaxıstan Azərbaycanla sənaye, rəqəmsal texnologiyalar, turizm və təhsil sahələrində birgə reallaşdırılacaq yeni layihələr təklif edib.

"Report" Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, yeni layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslər cari həftədə Astanada keçirilən Qazaxıstan-Azərbaycan biznes forumunda səsləndirilib.

Tərəflər bir sıra yeni layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə, Almatıda "Alakol" müalicə-sağlamlıq kompleksinin inşası, enerji səmərəli müasir işıqlandırma cihazlarının istehsalı, təhsil həlləri sahəsində əməkdaşlıq, uşaq geyimlərinin istehsalı və satışı sahəsində əməkdaşlıq, Qazaxıstan məktəblərindən birində Heydər Əliyev adına tədris otağının yaradılması barədə memorandumlar, həmçinin Astanada "KOB Evi" layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb.

Forum çərçivəsində Qazaxıstanın "Qalan" şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonundakı məktəblərə öz təhsil xidmətlərini təmənnasız şəkildə təqdim etməyə hazır olduğunu bildirib və bu xidmətləri Azərbaycan təhsil sisteminə uyğunlaşdıracağını qeyd edib.

Ümumilikdə, tədbirin yekununda Qazaxıstan və Azərbaycan nümayəndələri 16 saziş və əməkdaşlıq memorandumu imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti