Portuqaliyada 40 ildən sonra ilk dəfə prezident seçkilərinin ikinci turu keçiriləcək - Yenilənib-2

Digər ölkələr
  • 19 yanvar, 2026
  • 03:32
Portuqaliyada 40 ildən sonra ilk dəfə prezident seçkilərinin ikinci turu keçiriləcək - Yenilənib-2

Portuqaliyanın materik hissəsində prezident seçkilərində səsvermə başa çatıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Sosialist Partiyasının nümayəndəsi Antonio Joze Sequro və ifrat sağçı Çeqa (Yetər!) partiyasının lideri Andre Ventura Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər.

Son məlumatlara görə, Sequro 30,59%, onun rəqibi isə 24,34% səs toplayıb. Səsvermə hüququ olan Portuqaliya seçicilərinin 53,99%-i səsvermədə iştirak edib.

Beləliklə, ölkədə 40 ildən sonra ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçiriləcək.

Portuqaliyada keçirilən prezident seçkilərində saat 12:00-a (yerli vaxtla, Bakı vaxtı ilə 16:00) seçici fəallığı 21,18 % təşkil edib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İdarəetmə Nazirliyi məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) fəaliyyət göstərəcək.

Dövlət başçısı postu uğrunda rekord sayda – 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır. Səsvermənin ilkin nəticələri məntəqələr bağlandıqdan dərhal sonra açıqlanacaq.

Qeyd edək ki, 2021-ci ildə keçirilən prezident seçkilərində günortaya qədər iştirak faizi 17 %-i ötmüşdü.

Portuqaliyada prezident seçkiləri keçirilir.

"Report" xəbər verir ki, prezident postu uğrunda 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə 23:00) qədər işləyəcək. Səsvermənin ilkin nəticələrinin gecə elan olunacağı gözlənilir. Əgər namizədlərdən heç biri səslərin 50 %-dən çoxunu qazana bilməsə, fevralın 8-də ikinci tur keçiriləcək.

Hazırkı dövlət başçısı Marselu Rebelu di Souza öz postunu 2016-cı ildə tutub və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilikdə ardıcıl üç müddətə yenidən seçilməyə icazə verilmədiyinə görə namizəd ola bilməyib.

Seçkilərə qədər keçirilən sorğular heç bir namizədin birinci turda səslərin 50 %-dən çoxunu ala bilməyəcəyini göstərib. Bu halda ikinci tur keçiriləcək və burada yalnız seçicilərin ən çox dəstəyini qazanan iki namizəd iştirak edəcək. Sonuncu dəfə belə hal 1986-cı ildə baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti