Fransa baş nazirinin iqamətgahı yaxınlığında yanğın baş verib

Digər ölkələr
  • 20 iyul, 2021
  • 11:31
Fransa baş nazirinin iqamətgahı yaxınlığında yanğın baş verib

Parisin 7-ci dairəsində, Fransa baş nazirinin iqamətgahı Matinyon sarayının yaxınlığında yanğın baş verib.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “France Bleu” portalı məlumat yayıb.

Yanğın sarayın yaxınlığında təmirdə olan binada baş verib. Bundan Matinyon sarayı zərər görməyib.