Pakistan paytaxtında naməlum silahlılar hücum edib, iki polis ölüb
Digər ölkələr
- 04 iyun, 2021
- 07:34

Pakistanın paytaxtı İslamabadda naməlum şəxslərin hücumu nəticəsində iki polis əməkdaşı ölüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Raşid Əhməd açıqlama yayıb.
Onun sözlərinə görə, İslamabadda terrorçuların fəaliyyəti artıb: “İyunun 4-də gecə saatlarında iki polis əməkdaşı şəhid olub. 2018-ci ildən indiyədək paytaxtda 9 polis əməkdaşı şəhid edilib”.
Nazir bildirib ki, Əfqanıstanla sərhəddə hücumların qarşısını almaq məqsədi ilə hörülən divarın böyük qismin işlər tamamlanıb: “İşlərin az bir hissəsi yaxın 2 ayda başa çatacaq”.
O, Pakistanla İran sərhədində də divar hörülməsinin bir ilə başa çatacağını qeyd edib.
Son xəbərlər
10:49
Azərbaycanda 3 ay əvvəl yaradılmış şirkət ləğv edilir
Biznes10:47
Azərbaycan neftinin qiyməti 62 dollardan aşağı düşüb
Energetika10:38
IMF: AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq
Maliyyə10:35
"Azərkosmos": Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanınır
İKT10:27
Gümrü meri həbs edilib
Region10:24
Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq
İKT10:23
Foto
Naxçıvanda bir sıra kənddaxili yollar yenidən qurularaq istifadəyə verilib
İnfrastruktur10:21
Türkiyə və Gürcüstan səhiyyə sahəsində əməkdaşlıq edəcək
Region10:14