Azərbaycanda 3 ay əvvəl yaradılmış şirkət ləğv edilir

Biznes
  • 21 oktyabr, 2025
  • 10:49
Azərbaycanda 3 ay əvvəl yaradılmış şirkət ləğv edilir

"Qarabağ Taxıl Aqro" MMC ləğv olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Orucov küçəsi, ev 35 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Qarabağ Taxıl Aqro" bu ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6,372 milyon manat, qanuni təmsilçisi isə Cavid Nazim oğlu Abdullayevdir. Onun "PAŞA Holdinq" MMC-nin tikinti işləri üzrə meneceri olduğu bildirilir.

"Qarabağ Taxıl Aqro" ilə eyni hüquqi ünvanda "Qarabağ Taxıl" MMC yerləşir. Şirkət yaxın vaxtlara qədər Şabran rayonunda müəssisələri yerləşən "Səba" ASC-yə daxil olub.

Son xəbərlər

Bütün Xəbər Lenti