Pakistan Suriya ilə əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyib

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 14:08
Pakistan Suriya ilə əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyib

Pakistan bir sıra sahələrdə Suriya ilə həmrəylik və əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshak Dar "X" hesabında yazıb.

O qeyd edib ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə qısa görüş keçirib.

"Əş-Şəraa təxminən altmış il ərzində Baş Assambleyanın sessiyasında iştirak edən ilk Suriya lideri oldu. Biz Suriya xalqı ilə həmrəyliyimizi təsdiqlədik və müxtəlif sahələrdə, o cümlədən ticarət sahəsində əməkdaşlıq vasitəsilə tarixi Pakistan-Suriya dostluğunu dərinləşdirməyə hazır olduğumuzu bildirdik", - nazir yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti