Baş katib: NATO Rusiyanın təhlükəli hərəkətlərini davam etdirməsini istəmir
- 23 sentyabr, 2025
- 16:37

NATO Rusiyanın yeni təhlükəli hərəkətlərinin olmasını istəmir.
"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə mətbuat konfransında bildirib.
"Biz Rusiyanın bu təhlükəli hərəkətləri qəsdən olub-olmamasından asılı olmayaraq davam etdirməsini istəmirik. Müttəfiq dövlətlərin ərazisinin hər qarışını müdafiə etməyə hazırıq. Quruda, dənizdə və havada mövqelərimiz bizi etibarlı şəkildə qoruyur", - o qeyd edib.
M.Rütte, həmçinin bildirib ki, Danimarka hökuməti Rusiyanın NATO ölkələrinin hava məkanını pozmasının qəsdən yoxsa təsadüfən olmasını qiymətləndirməyə çalışır: "Mən Danimarkanın Baş naziri (Mette Frederiksen) ilə danışdım. Danimarka hələ də nə baş verdiyini qiymətləndirir. Əlbəttə, biz mümkün olan hər şeylə kömək edəcəyik - bütün müttəfiqlər bu prosesə cəlb olunacaqlar".