Nigeriyada silahlı hücum zamanı 10 nəfər həlak olub
Digər ölkələr
- 12 iyul, 2026
- 19:24
Nigeriyada törədilən silahlı hücumda 10 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər tərəfindən Otukpo-Nobi kəndinə hücum təşkil edilib.
Hücumda 10 nəfər ölüb, çox sayda insan yaralanıb.
Bölgə rəsmiləri hücumun törədildiyi kəndə təhlükəsizlik qüvvələrinin göndərildiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Nigeriya, uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.
Son xəbərlər
06:01
Xarici media: İran İordaniyaya hava zərbələri endirir
Region05:33
Foto
FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib
Futbol05:05
WP: ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər
Digər ölkələr04:36
Dieqo Forlan Uruqvay yığmasının baş məşqçisi olub
Futbol04:08
İran XİN: ABŞ-nin son hücumları diplomatik səyləri "boşa çıxarıb"
Region03:41
"Al Mayadeen": ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb
Region03:12
İtaliyalı Yannik Sinner ardıcıl ikinci dəfə "Uimbldon"un qalibi olub
Fərdi02:45
Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
Region02:34