Niderland Prokurorluğu təxminən 50 nəfərin keyfiyyətsiz dərmanlar səbəbindən ölümünü araşdırır

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 20:28
Niderland Prokurorluğu təxminən 50 nəfərin keyfiyyətsiz dərmanlar səbəbindən ölümünü araşdırır

Niderland Prokurorluğu 49 nəfərin qeyri-leqal əczaçılıq saytından alınan dərmanların qəbulu nəticəsində ölümü ətrafında araşdırma aparır.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Funcaps" saytının sahiblərinə qarşı davam edən məhkəmə prosesində prokurorlar 27 gəncin ölümü ilə həmin platformadan sifariş edilən məhsullar arasında birbaşa əlaqə gördüklərini bildiriblər.

Polisin məlumat bazalarının yoxlanışı zamanı daha 22 oxşar hadisə üzə çıxıb. Son günlərdə isə dörd nəfərin valideynləri övladlarının həmin saytdan alınan dərmanlarla zəhərlənməsindən şübhələndiklərini açıqlayıblar.

Qeyd olunur ki, resursun sahibləri avqust ayında lisenziyasız dərman satışı və reseptsiz güclü preparatların satışında şübhəli bilinərək saxlanılıblar.

İstintaqın məlumatına görə, onlar həmçinin qadağan olunmuş maddələri təkrarlayan, lakin formal olaraq qanuni qalmaq üçün cüzi dəyişiklik edilmiş narkotikləri də yayırdılar.

Son xəbərlər

Bütün Xəbər Lenti