MSK sədri: Moldovada seçki məntəqələri açılan zaman insident baş verməyib

Digər ölkələr
  • 28 sentyabr, 2025
  • 09:40
MSK sədri: Moldovada seçki məntəqələri açılan zaman insident baş verməyib

Moldovada parlament seçkiləri keçirilir, seçki məntəqələri səsvermə üçün açılan zaman insident baş verməyib.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman bildirib.

"Ölkəmizdə və xaricdə bütün seçki məntəqələri səhər saat 8:00-da (Bakı vaxtı ilə - Red) açılıb və səsvermə insidentsiz başlayıb", - deyə o brifinq zamanı bildirib.

Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermə prosesinin sadələşdirilməsi üçün Moldovada və xaricdə 30 seçki məntəqəsində həm kağız, həm də elektron seçici siyahılarından istifadə edir.

Qeyd edək ki, parlament seçkilərində 14 partiya, 4 blok və 4 müstəqil namizəd iştirak edir. Parlament seçkilərini 3423 yerli və xarici müşahidəçi izləyir ki, onlardan 2496 nəfəri yerli, 912-si isə xarici müşahidəçidir.

Son xəbərlər

Bütün Xəbər Lenti