ABF-nin baş katibi milli komandanın oyunçuları ilə görüşüb

Fərdi
  • 28 sentyabr, 2025
  • 11:37
ABF-nin baş katibi milli komandanın oyunçuları ilə görüşüb

Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev 30 sentyabr - 10 oktyabrda Türkiyənin İstanbul şəhərində parabadminton üzrə Avropa çempionatında iştirak edəcək milli komandanın oyunçuları və ailə üzvləri ilə görüşüb.

Bu barədə "Report"a ABF-dən məlumat verilib.

Qurum rəsmisi onlara qarşıdakı turnirdə uğurlar arzulayıb. O, turnirdə iştirak üçün göstərdiyi dəstəyə görə Azərbaycan Paralimpiya Komitəsinə təşəkkürünü bildirib.

Komandanın baş məşqçisi Teymur Abbasov parabadmintonçularımızın hazırlıq prosesi ilə bağlı məlumat verərək Avropa çempionatında ölkəmizi uğurlu təmsil etmək üçün əllərindən gələni edəcəklərini deyib.

Azərbaycan ilk dəfə parabadminton üzrə Avropa çempionatında geniş heyətlə təmsil olunacaq. Milli qitə çempionatına 10 idmançı ilə qatılacaq. İbrahim Əliyev, Minəbəyim Rəhmanzadə, Nicat Allahverdiyev, Ayan Əliyeva, Zəhra Salmanlı, Nərmin İsgəndərova, Əli Məhərrəmov, Fatimə Muradova, Nigar Mehdiyeva və Fərid Mayılov müxtəlif kateqoriyalarda yarışacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti