Kuba XİN başçısı: ABŞ hava və dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsi münaqişəyə səbəb ola bilər

Digər
  • 28 sentyabr, 2025
  • 11:03
Kuba XİN başçısı: ABŞ hava və dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsi münaqişəyə səbəb ola bilər

ABŞ hava və dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsi münaqişəyə səbəb ola bilər.

"Report" xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

"Karib dənizi hazırda ABŞ-nin hava və dəniz qüvvələrinin raket, desant və nüvə sualtı qayıqları ilə tamamilə əsassız yerləşdirməsi səbəbindən münaqişə təhlükəsi ilə üz-üzədir", - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının palatasında heç kim Vaşinqtonun narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün yerləşdirilməsinin zəruri olması bəhanəsinə inanmır.

Son xəbərlər

Bütün Xəbər Lenti