Monteneqro prezidenti xəstəxanaya yerləşdirilib
Digər ölkələr
- 25 dekabr, 2020
- 21:26
Monteneqronun Prezidenti Milo Cukanoviç
Monteneqronun Prezidenti Milo Cukanoviç pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Həkimlərin tövsiyəsi ilə Cukanoviçin sətəlcəmdən müalicə olunduğu bildirilir:
“Bu günə qədər prezidentin COVID-19 üçün verdiyi testlərin nəticələrinin hamısının cavabı mənfi olub. Həyat əlamətləri sabitdir, prezident vəzifələrini maneəsiz yerinə yetirir”.
Monteneqroda yeni növ koronavirus bağlı vəziyyət gərgin olaraq qalır. Belə ki, 600 min nəfər əhalisi olan ölkənin demək olar ki, 46 min vətəndaşı koronavirusa yoluxub, 652 nəfər dünyasını dəyişib.
Son xəbərlər
01:02
Foto
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4
Futbol00:48
Zelenski: Rusiya ilə müharibənin nəticəsini "səmada döyüş" müəyyən edəcək
Digər ölkələr00:23
Foto
Video
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə00:10
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
Xarici siyasət23:48
Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib
Digər ölkələr23:44
Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
Xarici siyasət23:31
Makron Suriyada rəsmi səfərdədir
Digər ölkələr23:19
Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb
Digər ölkələr23:05