Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə
- 07 iyul, 2026
- 00:23
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, sürücü Nicat Məhərrəmov idarə etdiyi BMW markalı avtomobillə həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sürücü N. Məhərrəmov və onun sərnişinləri kənd sakinləri Xaldun Səfərov və Elnur Nuriyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Son xəbərlər
17:18
Nazir müavini: "Özbəkistan və Azərbaycan arasında icra olunan layihələrin dəyəri 6 milyard dollara çatır"
Biznes17:13
DAİM direktoru: "Xocavənddə 17 min hektar yararlı torpaqlardan istifadə edilir".
ASK17:11
Tramp: Rusiya-Ukrayna müharibəsi bitirdiyim doqquzuncu münaqişə ola bilər
Digər ölkələr17:06
Apellyasiya məhkəməsinin qərarından sonra Le Pen Fransa prezidentliyinə namizədliyini irəli sürmək hüququnu saxlayıb
Digər ölkələr17:05
AZAL Qars şəhərinə uçuşlara başlayır
İnfrastruktur17:03
Tramp: Ərdoğan olmasaydı, NATO sammitinə qatılmazdım
Region17:02
Naxçıvanın bəzi ərazilərində su kəsiləcək
İnfrastruktur16:58
Foto
SOCAR "Baleine" yatağında görülən işləri nəzərdən keçirib
Energetika16:57