Liviya sahillərində miqrantları daşıyan qayıqlar qəzaya uğrayıb, azı dörd nəfər həlak olub

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 03:19
Liviya sahillərində miqrantları daşıyan qayıqlar qəzaya uğrayıb, azı dörd nəfər həlak olub

Liviyanın sahillərində qeyri-qanuni miqrantları daşıyan iki qayığın qəzaya uğraması nəticəsində azı dörd nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata əsasən, hər iki qayığın göyərtəsində təxminən 95 nəfər olub.

Liviya ərazisi Afrikadan Avropaya keçməyə çalışan qaçqınlar üçün ən böyük tranzit məntəqə hesab olunur. Hər il on minlərlə insan Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd göstərir, yüzlərlə nəfər isə gəmi qəzaları nəticəsində həyatını itirir.

Beynəlxalq Miqrasiya Təşkilatının son məlumatına görə, Liviyada 44 müxtəlif millətdən olan təxminən 867 min miqrant yaşayır.

Son xəbərlər

Bütün Xəbər Lenti