Lekornu vəzifəsinin icrasına sələfləri arasında ən zəif reytinqlə başlayır

Digər ölkələr
  • 14 sentyabr, 2025
  • 04:19
Lekornu vəzifəsinin icrasına sələfləri arasında ən zəif reytinqlə başlayır

Fransanın yeni Baş naziri Sebastyen Lekornu yeni vəzifəsinə 2022-ci il prezident seçkilərindən sonra əvvəlkilərlə müqayisədə ən zəif reytinqlə başlayıb.

"Report"un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat "Ipsos/BVA" şirkətinin "La Tribune Dimanche" nəşrinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.

Cəmi 16% müsbət və 40% mənfi rəy alan Lekornu əvvəlki baş nazir Fransua Bayrudan (20%) və prezident Emmanuel Makronun ikinci müddətindəki digər baş nazirlərdən – Qabriel Attal (37%), Mişel Barnye (34%) və Elizabet Borndan (27%) geri qalır.

Bundan əlavə, respondentlərin 60%-i hesab edir ki, Lekornu 2026-cı il büdcəsi ilə bağlı müxalifət partiyaları ilə kompromis əldə edə bilməyəcək.

Sorğu həmçinin Makronun öz seçici bazasında reytinqinin kəskin şəkildə düşdüyünü göstərib. O, 2017-ci ildə prezident seçildiyi ilk gündən bəri ən aşağı müsbət reytinqi - cəmi 17% alıb. Bununla yanaşı, o öz seçici bazasında 18 faiz bəndi itirib.

Son xəbərlər

Bütün Xəbər Lenti