KİV: Tokio 2026-cı ilin yayında elektrik enerjisi çatışmazlığı ilə üzləşəcək
- 01 noyabr, 2025
- 08:47
Tokio paytaxt prefekturası köhnəlmiş elektrik stansiyalarının tədricən istismardan çıxarılması səbəbindən 2026-cı ilin yayında elektrik enerjisi çatışmazlığı ilə üzləşəcək.
"Report"un xəbərinə görə, bu barədə "Nikkei" qəzeti hökumətin hesablamalarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, TEPCO şirkənin xidmət göstərdiyi regionda ehtiyat güc 2026-cı ilin iyul-sentyabr ayları arasında əhəmiyyətli dərəcədə azalacaq. Yaponiya standartlarına görə, sabit enerji təchizatı üçün elektrik təchizatı pik tələbatdan azı 3 % yüksək olmalıdır.
Lakin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesablamalarına görə, bu rəqəm iyul ayında 2,4 % olacaq ki, bu da 2025-ci ilin göstəricisindən 3,4 faiz bəndi aşağıdır. Avqust ayında isə bu rəqəm 2025-ci il rəqəmindən 6,3 faiz bəndi aşağı olmaqla cəmi 0,9 % təşkil edəcək.
Artan kəsirin əsas səbəbi ümumi gücü 2,56 QVt olan köhnəlmiş istilik elektrik stansiyalarının tədricən istismardan çıxarılması və ya təmir edilməsidir. Bundan əlavə, bütün reaktorları fəaliyyətini dayandıran "Fukusima-1" qəzasından sonra TEPCO-nun xidmət ərazisindəki nüvə elektrik stansiyasında heç bir enerji bloku yenidən işə düşməyib.