KİV: NATO PUA-lara qarşı bahalı raketlərdən istifadə edə bilmir

Digər ölkələr
  • 20 sentyabr, 2025
  • 02:26
KİV: NATO PUA-lara qarşı bahalı raketlərdən istifadə edə bilmir

NATO-ya üzv ölkələr özlərinin hava məkanına daxil ola biləcək pilotsuz təyyarələrə qarşı bahalı döyüş təyyarələri və qırıcılardan istifadə edə bilmirlər.

"Report"un məlumatına görə, bu barədə "Financial Times" (FT) Qərb diplomatlarına istinadən yazıb.

Nəşr qeyd edib ki, bir neçə dron dəstəsinin qiyməti təqribən 20 min dollar, hava hücumundan müdafiə sistemləri üçün raketlərin qiyməti isə 500 min dollardır, bir ədəd qırıcının qiyməti isə 100 milyon dolları keçə bilər.

Sentyabrın 10-da səhər saatlarında Polşa Ordusu Əməliyyat Komandanlığı ölkənin hava məkanına soxulmuş bir neçə obyektin məhv olunduğunu elan edib. Onların pilotsuz təyyarələr olduğu müəyyənləşdirilib. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının pozulması ilə bağlı 19 fakt qeydə alınıb. Hadisəyə cavab olaraq, NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salıb.

Son xəbərlər

Bütün Xəbər Lenti