KİV: İsrail Prezidenti Londonda Böyük Britaniya rəsmiləri ilə görüşəcək
Digər ölkələr
- 08 sentyabr, 2025
- 19:05

İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail Prezidentinin ofisi bu məlumatı rəsmi qaydada təsdiqləməyib.
Hersoqun iqamətgahında yalnız onu qeyd ediblər ki, o, üç gün davam edəcək səfər çərçivəsində "ictimaiyyət nümayəndələri" ilə görüşəcək.
Son xəbərlər
23:47
Tupak Şakuru öldürməkdə təqsirləndirilən şəxs sifarişçinin adını açıqlayıb
Şou-biznes23:40
İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatıb
Region23:30
Bakının iki rayonunda su olmayacaq
İnfrastruktur23:18
Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
İncəsənət22:56
Makron yaxın günlərdə Fransaya yeni Baş nazir təyin edə bilər
Digər ölkələr22:53
Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək
Region22:44
Oğuzda iki gün əvvəl yol qəzasında xəsarət alan qadın ölüb
Hadisə22:37
KİV: Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır
Digər ölkələr22:23
Video