Meksikada qatarla avtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr
- 08 sentyabr, 2025
- 22:23
Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) federal magistralda baş verib. Avtobusda 50 sərnişin olub.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan azı 10-u ağır xəsarətlər alıb.
Hadisə yerində fövqəladə yardım xidmətinin əməkdaşları işləyirlər.
Son xəbərlər
21:16
NATO Ukraynaya dəstəyini davam etdirəcək
Digər ölkələr21:15
Fidan: Qara dənizdə gəmilərə hücum edilməsi savaşın coğrafiyasının genişləndiyini göstərir
Region20:56
Hakan Fidan NATO rəhbəri ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Region20:53
Foto
Qazaxıstan və Aİ vizaların sadələşdirilməsi ilə bağlı danışıqlara başlayıb
Region20:52
Azərbaycan Kuboku: "Qarabağ" 1/4 finala yüksəlib
Futbol20:35
Rütte: Ukraynaya dəstək NATO ölkələrinin təhlükəsizliyini təmin edəcək
Digər ölkələr20:32
Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb
Futbol20:19
Sabah Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Biznes20:15