KİV: Beynəlxalq qüvvələr Qəzza zolağında oktyabrın 12-də yerləşdiriləcək

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 00:50
KİV: Beynəlxalq qüvvələr Qəzza zolağında oktyabrın 12-də yerləşdiriləcək

Beynəlxalq qüvvələr atəşkəs rejiminə nəzarət etmək üçün Qəzza zolağına oktyabrın 12-də yerləşdiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, ABŞ hərbçilərinin də daxil olacağı bu qüvvələr atəşkəs rejiminə nəzarət edəcək. O, ABŞ hərbçilərinin Qəzzaya gəlişinin bazar günü səhər baş tutacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ qoşunlarının sülh sazişinin icrasına nəzarət etmək üçün İsrailə gəlişi artıq başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti