BƏƏ Qəzzaya humanitar yardım üçün 1,8 milyard dollar xərcləyib

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 02:16
BƏƏ Qəzzaya humanitar yardım üçün 1,8 milyard dollar xərcləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağında iki ildir davam edən münaqişə zamanı Fələstin anklavına humanitar yardım üçün 1,8 milyard dollar xərcləyib.

"Report"un BƏƏ-nin WAM agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əmirliyin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Həşimi Avropa və ərəb ölkələrinin nümayəndələrinin Parisdə keçirilən görüşündə bildirib.

Onun sözlərinə görə, BƏƏ Qəzza zolağına ərzaq, dərman və ən zəruri ləvazimatlar olan 8 000-dən çox yük maşını göndərib. Əmirliyin haimiyyəti həmçinin 75 000 fələstinlinin müalicəsini təşkil, suyun duzsuzlaşdırılması üzrə altı stansiyanın işini isə təmin edib.

Nazir vurğulayıb ki, BƏƏ Fələstin anklavında humanitar proqramları genişləndirmək niyyətindədir. Planlara xüsusən əlavə su xətlərinin çəkilməsi, yardım məntəqələrinin sayının artırılması, həmçinin fələstinlilərə ayda 25 min tona qədər ərzaq verə biləcək çörək və ictimai mətbəxlər şəbəkəsinin genişləndirilməsi daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti