KİV: ABŞ Rusiyaya zərbə endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 03:49
KİV: ABŞ Rusiyaya zərbə endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək

ABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatları təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri NATO müttəfiqlərinə müraciət edərək Kiyevə bu dəstəyi göstərməyi xahiş ediblər. Nəşr bildirib ki, ABŞ Ukraynaya "Tomahawk" qanadlı raketləri və "Barracuda" döyüş sursatları göndərmək imkanını da nəzərdən keçirir.

Qeyd edək ki, rəsmi Moskva sözügedən raketlərin Ukraynaya tədarükünün hərbi vəziyyəti dəyişməyəcəyi qənaətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti