Kim Çen In: KXDR dünyada sabitliyi təmin etmək üçün Çinlə birgə səylər göstərməyə hazırdır
- 01 oktyabr, 2025
- 08:20

Pxenyan beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq Pekinlə dostluq münasibətlərini dərinləşdirməyə və inkişaf etdirməyə davam etmək, sülh və sabitliyin qorunması üçün birgə səylər göstərmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Çin Xalq Respublikasının sədri Si Cinpinə göndəridiyi təbrik məktubunda bildirib.
Qeyd olunub ki, Koreya tərəfi Çin ilə strateji qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməyə, Koreya-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yeni dövrün diktələrinə, iki ölkə xalqlarının arzu və ümidlərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, regionda, dünyada sülh və sabitliyin qorunması üçün birgə səylər göstərməyə hazırdır.