İsrailin müdafiə naziri: Livana təzyiq siyasətini davam etdirəcəyik
- 23 noyabr, 2025
- 22:38
İsrail təhdidlərin qarşısını almaq üçün qətiyyətli hərəkət edəcək, Livanda və digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıdır.
"Report"un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"Baş nazir Binyamin Netanyahu və mən Livanda, digər cəbhələrdə maksimum təzyiq siyasətini davam etdirməkdə qərarlıyıq. İsrailin şimalında yaşayan sakinlərə və İsrail dövlətinə qarşı hər hansı təhdidin qarşısını almaq üçün qətiyyətli hərəkətə davam edəcəyik", - Katz İsrail Ordusunun Beyrut ərazisində dəqiq zərbəsindən sonra "X"də yazıb.
"İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - o yazıb. Qeyd edib ki, İsrail rəhbərliyi Qəzza zolağından HƏMAS silahlılarının yəhudi dövlətinə hücum etdiyi 7 oktyabr 2023-cü ilə qədər mövcud olan reallığa qayıtmasına imkan verməyəcək.