Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 21:33
Cenevrədə sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb

Cenevrədə Amerika administrasiyasının Kiyevə verdiyi sülh planı üzrə ABŞ-Ukrayna danışıqlarının əsas mərhələsi başlayıb. Müzakirələrdə irəliləyişin əldə edildiyi bildirilir.

Bu barədə "Report" "Sky News" və "Reuters"ə istinadən xəbər verir.

Danışıqların iki yerdə keçirilməsi planlaşdırılırdı: "InterContinental" otelində (ilkin müzakirələr) və ABŞ-nin İsveçrədəki missiyasının binasında (rəsmi müzakirələr). Nümayəndə heyətləri hazırda bağlı qapılar arxasında görüşürlər.

"Reuters" agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ilkin danışıqlar məhsuldar və hətta inandırıcı olub. Rəsmi həmçinin bildirib ki, müzakirələr bəzi sahələrdə razılaşmalarla başa çatıb.

Hazırda Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ dövlət katibi Marko Rubio, ordu naziri Den Driskol və Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla danışıqlar aparır.

Qeyd edək ki, Almaniya, Böyük Britaniya və Fransa nümayəndələrinin də iştirak etdiyi Cenevrədəki danışıqlar fonunda Almaniya kansleri Fridrix Merts Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı ABŞ-nin sülh planı çərçivəsindən kənara çıxan təklifini təqdim edəcəyini açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti