İsrail ordusu Qəzzanın cənubunda beş döyüşçünü zərərsizləşdirib

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 23:45
İsrail ordusu Qəzzanın cənubunda beş döyüşçünü zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda, Rəfah şəhəri yaxınlığında tuneldən çıxan beş silahlı döyüşçünü zərərsizləşdirib.

"Report"un məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Hərbçilər Rəfahın şərqində fəaliyyətlərini davam etdirirlər. Bu ərazidə beş silahlı terrorçu aşkar edilərək zərərsizləşdirilib", - məlumatda qeyd olunub.

Ehtimal olunur ki, terrorçular Rəfahın şərqindəki yeraltı obyektlərdən çıxıblar.

"Əsgərlər atəşkəs razılaşmasına uyğun olaraq mövqelərdə qalır və hər hansı birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirirlər", – deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti