UEFA Çempionlar Liqası: "Qarabağ" "Napoli" səfərindən məğlub qayıdır - YENİLƏNİB-6
- 26 noyabr, 2025
- 01:51
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
Bununla da "köhlən atlar" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb.
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda meydan sahibləri penaltidən hesabı açmaq şansını qaçırıblar.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda Rasmus Hoylunn kobud oyuna görə təyin olunan on bir metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Onun zərbəsini Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski dəf edib.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda hesab açılmayıb.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionundakı matçın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
Neapolda "Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.
"Report"un məlumatına görə, matç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.