İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 03:06
İsrail ordusu Hizbullahın hərbi obyektlərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirir.

"Report" xəbər verir ki, bu barədə "Lebanon 24" məlumat yayıb.

Hücum zamanı İMQ "Hizbullah" təşkilatının "Radvan" bölməsi tərəfindən döyüşçülərinin təlimi və hazırlanması üçün istifadə olunan təlim düşərgəsinə zərbə endirib. İsrail həmçinin hərbi avadanlıq anbarını da vurub.

"Al-Mayadeen" xəbər verir ki, Livanın cənubundakı Cəbəl-Safi rayonuna azı altı hava zərbəsi endirilib.

Xatırladaq ki, noyabrın 23-də İsrail Beyrutun ətraf qəsəbəsinə zərbə endirmiş, nəticədə "Hizbullah"ın hərbi qanadının komandanı Haytam Əli Tabatabayi öldürülmüşdü.

Son xəbərlər

Bütün Xəbər Lenti