İraqda xüsusi əməliyyat zamanı İŞİD-in 38 terrorçusu yaxalanıb
Digər ölkələr
- 06 iyun, 2022
- 01:23
İraqın təhlükəsizlik qüvvələrinin Kərkük əyalətinin cənubunda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatı zamanı 40-a yaxın silahlı saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Kərkükün əməliyyatlar üzrə komandanı Əli Freci “Anadolu” agentliyinə bildirib.
O, əməliyyat zamanı 38 terrorçunun saxlanıldığını, çoxlu sayda silah-sursatın ələ keçirildiyini qeyd edib.
Əməliyyat zamanı həmçinin terror təşkilatına aid 8 bunker məhv edilib, 17 bomba və çoxlu silah-sursat müsadirə olunub.
Qeyd edək ki, İŞİD 2014-cü ilin iyununda İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində terrorçulardan geri alınıb.
Son xəbərlər
04:00
DÇ-2026: ABŞ - Bosniya və Herseqovina oyunu başlayıb
Futbol03:53
ABŞ-nin hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib
Digər ölkələr03:35
Tramp: ABŞ Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək
Digər ölkələr03:16
Ceffri Saks: NATO Gürcüstan vasitəsilə Qara dənizdə Rusiyanı sıxışdırmaq istəyirdi
Region02:59
Belçika - Seneqal oyununun ən yaxşısı Yuri Tilemans seçilib
Futbol02:59
Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
Digər ölkələr02:50
DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
Futbol02:27
İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
Region02:04