İndoneziya Qəzzaya BMT-nin sülhməramlı missiyası çərçivəsində hərbçi göndərməyə hazırdır
- 23 sentyabr, 2025
- 22:11

İndoneziya zərurət yaranarsa, istənilən ölkədə, o cümlədən Qəzza zolağında və Ukraynada BMT-nin sülhməramlı missiyalarına 20 mindən çox hərbçisini yerləşdirməyə hazırdır.
"Report"un məlumatına görə, bunu İndoneziya Prezidenti Prabovo Subianto BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
"Biz dünyanın müdafiəçilərə ehtiyac duyduğu yerdə xidmət etməyə davam edəcəyik, təkcə sözlə deyil. Əgər BMT, Təhlükəsizlik Şurası və bu Baş Assambleya qərar verərsə, İndoneziya Qəzzada və ya başqa yerdə sülhün bərqərar olması üçün 20 min və ya daha çox oğlumuzu və qızlarımızı yerləşdirməyə hazırıq. Ukraynada, Sudanda, Liviyada - sülhün bərqərar olması lazım olan yerdə", - İndoneziya Prezidenti bildirib.
Subianto əlavə edib ki, İndoneziya təkcə oğul və qızları ilə deyil, həm də maddi cəhətdən dünyanın müxtəlif yerlərində sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.