Husilər casusluqda təqsirli bilinən 17 nəfəri ölüm cəzasına məhkum edib
Digər ölkələr
- 23 noyabr, 2025
- 02:55
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan paytaxtı Səna şəhərində cinayət məhkəməsi Səudiyyə Ərəbistanı, ABŞ, Böyük Britaniya və İsrailin xeyrinə casusluqda ittiham olunan 17 nəfəri güllələnmə yolu ilə ölüm cəzasına məhkum edib.
"Report"un məlumatına görə, bu barədə yerli SABA xəbər agentliyi hökmə istinadən məlumat yayıb.
"Paytaxtın ixtisaslaşdırılmış cinayət məhkəməsi 17 nəfəri casusluqda və Amerika, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat orqanlarında işləmək ittihamı ilə edam cəzasına, daha iki nəfəri isə on il müddətinə azadlıqdan məhrum edib", - deyə hökmdə bildirilir.
Məhkəmə həmçinin məhkumlara "hədə-qorxu və qisas tədbiri olaraq ictimai yerdə güllələnmə" hökmü çıxarıb.
Son xəbərlər
04:35
İslamiadanın qadın medalçıları təəssüratlarını bölüşüblər
Komanda04:04
Foto
İslamiadada çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər
Komanda03:50
"Reuters": ABŞ Venesuelada əməliyyatının yeni mərhələsinə başlayır
Digər ölkələr03:26
Bolsonaro elektron qolbağa müdaxilə etdiyini etiraf edib
Digər ölkələr02:55
Husilər casusluqda təqsirli bilinən 17 nəfəri ölüm cəzasına məhkum edib
Digər ölkələr02:26
Argentinanın müdafiə naziri 1983-cü ildən bəri ilk dəfə hərbçi olacaq
Digər ölkələr01:38
Poqba 2023-cü ildən sonra ilk dəfə meydana çıxıb
Futbol01:03
Orban Macarıstanın qanunsuz miqrantlara görə cərimələri ödəməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr00:43