“Helen” qasırğası ABŞ-da 40 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
- 28 sentyabr, 2024
- 03:33
“Helen” qasırğası ABŞ-ın cənub-şərqindəki dörd ştatda 40 nəfərin ölümünə səbəb olub.
“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb.
Qeyd olunub ki, ölənlər arasında Corciya, Şimali Karolina, Florida və Cənubi Karolina ştatlarının sakinləri də var.
Bütün bu bölgələrdə və Tennessi ştatında daşqın zonaları yaranıb, çoxlu sayda ev dağılıb, ağaclar aşıb. Həmçinin su basmış ərazilərdə çoxlu insan evlərində çarəsiz qalıb və xilasedicilərin gəlməsini gözləyir.
“PowerOutage.us” monitorinq resursunun məlumatına görə, qasırğa nəticəsində Corciya, Florida və Cənubi Karolina ştatlarında 4 milyondan çox ev təsərrüfatı işıqsız qalıb.
Son xəbərlər
06:01
Xarici media: İran İordaniyaya hava zərbələri endirir
Region05:33
Foto
FIFA-nın komitə rəhbəri Baloqanın diskvalifikasiyasını şəxsən ləğv edib
Futbol05:05
WP: ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər
Digər ölkələr04:36
Dieqo Forlan Uruqvay yığmasının baş məşqçisi olub
Futbol04:08
İran XİN: ABŞ-nin son hücumları diplomatik səyləri "boşa çıxarıb"
Region03:41
"Al Mayadeen": ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb
Region03:12
İtaliyalı Yannik Sinner ardıcıl ikinci dəfə "Uimbldon"un qalibi olub
Fərdi02:45
Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
Region02:34